Minifutbol üzrə Azərbaycan milli komandasını çempion olması münasibətilə təbrik edənlər sırasına AFFA-nın prezidenti Rövşən Nəcəf də qoşulub.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA rəsmisi yığmamızın turnirdə parlaq çıxış etdiyini qeyd edib, final oyununda yüksək performansla azarkeşləri sevindirdiyini diqqətə çatdırıb:

“Macarıstan yığması ilə final oyununda komandamız çempiona layiq çıxış etdi. Bu mötəbər yarışın qalibi olması münasibətilə milli komandamızı ürəkdən təbrik edirəm”.

Xatırladaq ki, finalda Macarıstan yığması üzərində 4:2 hesablı qələbə qazanan minifutbol millimiz dünya çempionu olub.