AZ

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin son durumu açıqlanıb

Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti stabildir...

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, iyulun 19-u saat 14:40 radələrlində 1982-ci il təvəllüdlü şəxs Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib.

"Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Vüsal Murtuzəliyev Əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.

Poliqon.info

Seçilən
0
8
poliqon.info

10Mənbələr