AZ

Vüsal Murtuzəliyevin vəziyyəti açıqlandı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Dilarə Əliyevanın qardaşı, tanınmış aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem yaranıb.

OLAY yazır ki, TƏBİB-dən bildirilib ki, iyunun 19-u saat 14:40 radələrlində 1982-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib.

Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib.

Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Seçilən
0
8
olay.az

10Mənbələr