AZ

Dilarə Əliyevanın qardaşının son vəziyyəti

Ötən gün beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.

Kulis.az xəbər verir ki, bu barədə Lent.az-a TƏBİB-dən bildirilib:

“Ötən gün saat 14:40-da 43 yaşlı kişi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbi ilə müraciət edib. Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib”.

O da bildirilib ki, hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, Vüsal Murtuzəliyev əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.

Seçilən
0
9
kulis.az

10Mənbələr