Azərbaycan Kubokunun sahibi, ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sabah" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "bayquşlar"ı litvalı mütəxəssis Valdas Dambrauskas çalışdıracaq.

48 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Dambrauskas məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023), Kiprin "Omoniya" (2024) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.  

O, baş məşqçi qismində bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub.

Onun çalışdırdığı "Omoniya" ötən il Avropa Konfrans Liqasının pley-off mərhələsndə "Zirə"ni mübarizədən kənarlaşdırıb - 6:0; 0:1.

Xatırladaq ki, "Sabah" rəhbərliyi bir neçə gün öncə rusiyalı Vasili Berezutskini istefaya göndərmişdi.