AZ

Almaniya klubunun yeni baş məşqçisi bilindi

BAKI, 24 iyun. TELEQRAF

Almaniyanın "Leypsiq" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta Ole Verner təyin olunub.

Ötən mövsüm "Verder"ə rəhbərlik edən 37 yaşlı mütəxəssis yeni komandası ilə iki illik müqavilə imzalayıb.

O, istefaya göndərilən Jolt Levi əvəzləyib.

Qeyd edək ki, Ole Verner son mövsümü "Verder"lə Bundesliqada 8-ci pillədə başa vurmuşdu.

Seçilən
15
teleqraf.com

1Mənbələr