AZ

"Sabah" Avstriya toplanışını məhsuldar heç-heçə ilə başa vurdu

BAKI. 3 iyul. TELEQRAF

"Sabah" komandası Avstriya toplanışında sonuncu yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, rəqib Macarıstanın "Pakş" komandası olub.

Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. "Sabah"ın heyətində Neqoş Kupusoviç "dubl" edib, digər qolu isə Abdulla Xaybulayev vurub.

Beləliklə, Azərbaycan təmsilçisi Avstriya toplanışını iki heç-heçə ilə başa vurub. Daha öncə Rumıniyanın "Rapid" (Buxarest) komandası ilə oyunda qalib müəyyənləşməyib - 2:2.

Qeyd edək ki, "Sabah" iyulun 10-da evdə Sloveniyanın "Tsele" komandasına qarşı Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Cavab görüşü isə iyulun 17-də səfərdə olacaq.

Seçilən
12
50
teleqraf.com

10Mənbələr