“Sumqayıt” Futbol Klubunun təşkil etdiyi “Yay futbol düşərgəsi" layihəsinə bu gün start verilib.
Offsideplus.az xəbər verir ki, layihə “Paşa Həyat Sığorta” ASC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, eyni zamanda, “Azərikimya” İB-nin, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə həyata keçirilir.
“Yay futbol düşərgəsi" 9 gün ərzində 3 qrup üzrə keçiriləcək. Layihədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək.
Qeyd edək ki, “Yay futbol düşərgəsi" "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu və "Azərikimya" İB-nin dəstəyi ilə 2014-cü ildən gerçəkləşdirilir. Bu vaxt ərzində 1100-dən çox məktəbli layihənin iştirakçısı olub.