Abdulla Məmmədovun dünyasını dəyişməsindən sonra Şimal Regional Futbol Federasiyasının prezidenti postu hələ də boşdur.

Rekord.az xəbər verir ki, bu posta namizəd şəxs var.

Həmin şəxs hazırda "Sumqayıt" Futbol Akademiyasında çalışan Fərhad Həsənovdur. Uzun illərərdi futbol sektorunda çalışan sabiq "AZTV"-çinin namizədliyi artıq AFFA-ya təqdim olunub. Yekun qərarı İcraiyyə Komitəsi verəcək.