AZ

"Şimal" futbol klubunun üzvləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan1-ci Liqasına vəsiqə qazanan "Şimal" futbol klubunun üzvləri iləgörüşüb.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumatverilib.

Elnur Rzayev klub rəhbərliyi, məşqçi və futbolçuları 2-ci Liqadabürünc medal qazanaraq 1-ci liqaya yüksəlməsi münasibətilə təbrikedib, uğurların davamlı olmasını arzulayıb.

"Şimal" futbol klubunun üzvləri göstərilən diqqət və qayğıyagörə təşəkkürlərini bildiriblər.

Görüşdə klubun gələcək planları ilə bağlı fikir mübadiləsiaparılıb. "Şimal" futbol klubunun Azərbaycan 1-ci Liqasında Xaçmazrayonunu layiqincə təmsil edəcəyinə əminlik ifadə olunub.

Sonda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev"Şimal" futbol klubunun üzvlərini Fəxri Fərmanla mükafatlandırıb.Klub rəhbərliyi də öz növbəsində icra başçısına "Şimal" futbolklubunun üzərində Elnur Rzayevin adı və soyadı yazılmış 27 nömrəliformasını, həmçinin 2-ci Liqanın bürünc medalını xatirə hədiyyəsikimi təqdim edib.

Seçilən
31
50
az.trend.az

10Mənbələr