AZ

Sahibkarlıq fəaliyyəti üçün 3 milyon AZN-dək ipoteka imkanı

Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə olunan daşınmaz əmlakın – istər yaşayış, istərsə də qeyri-yaşayış təyinatlı obyektlərin alınması üçün biznes ipoteka krediti təklif edir.

Finss.az xəbər verir ki, bu kredit məhsulu bankın daxili şərtləri əsasında təqdim olunur.

Biznes ipotekasının illik faiz dərəcəsi 10%-dən başlayır, kreditin müddəti isə maksimum 10 il təşkil edir. Kreditin məbləği minimum 100 000 AZN, maksimum isə 3 000 000 AZN-dəkdir. Maksimal məbləğ sahibkarlıq subyektinin (mikro, kiçik, orta və iri) kateqoriyasına uyğun müəyyən edilir.

İlkin ödəniş 30%-dən başlayır. Kreditə görə komissiya haqqı isə 0,3% müəyyən olunub. Ödənişlər aylıq annuitet prinsipi ilə – yəni bərabər aylıq hissələrlə həyata keçirilir.

Qeyd edək ki, fondların dəstəyi ilə maliyyələşdirilən hallarda faiz dərəcələri fərqli ola bilər. Bu kredit məhsulu biznes fəaliyyətini genişləndirmək istəyən sahibkarlar üçün əlverişli şərtlərlə maliyyə dəstəyi təmin edir.

Ətraflı məlumat üçün: //ipoteka.birbank.az/az/mortgage/business/item/45

Fuad Mədətov
Finss.az

Seçilən
26
24
fins.az

10Mənbələr