AZ

Dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün 10 milyon manata qədər avadanlıq krediti

Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə avadanlıq kredit məhsulu təqdim edir.

Finss.az xəbər verir ki, kredit üzrə güzəşt müddəti müddətin yarısınadək müəyyən edilir.

Kreditin məbləği 5 min AZN-dən başlayaraq 10 milyon AZN-dək ola bilər. Kredit müddəti 10 ilədək, illik faiz dərəcəsi isə 5%-dək təklif olunur.

Kredit üçün tələb olunan sənədlər arasında 200 min manatadək kreditlər üçün sahibkarlıq subyektinin investisiya layihəsinə dair məlumat, 200 min manatdan böyük kreditlər üçün isə biznes plan yer alır. Həmçinin sahibkarın fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri təqdim edilməlidir.

Ətraflı məlumat üçün: //birbank.business/kreditler/sif-kreditleri/avadanliq-krediti?id=2

Fuad Mədətov
Finss.az

Seçilən
12
3
fins.az

10Mənbələr