AZ

MİDA mənzilləri üçün güzəştli ipoteka: 100 min AZN-dək, 30 ilə qədər

Kapital Bank Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (ARİKZF) vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən və ya MİDA ilə müqavilə bağlamış investorlar tərəfindən inşa olunan mənzillərin alınması üçün güzəştli ipoteka krediti təqdim edir.

Finss.az xəbər verir ki, bu ipoteka növü üzrə illik faiz dərəcəsi 4%-dən başlayır, maksimal kredit məbləği isə 100 000 AZN təşkil edir. Kreditin müddəti 30 ilədək nəzərdə tutulur. İlkin ödəniş məbləği 10%-dən başlayaraq müəyyən olunur.

Kredit aylıq annuitet qaydada – yəni bərabər aylıq ödənişlərlə ödənilir. Bu imkan mənzil sahibi olmaq istəyən vətəndaşlara daha əlverişli və uzunmüddətli maliyyə planlaması imkanı yaradır.

Ətraflı məlumat üçün: //ipoteka.birbank.az/az/mortgage/government/item/8

Fuad Mədətov
Finss.az

Seçilən
19
24
fins.az

10Mənbələr