AZ

"Zirə" və "Araz-Naxçıvan"ın da rəqiblərinin sayı azaldı

Bu gün "Zirə" və "Araz-Naxçıvan"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri məlum olacaq.

"Football-plus.az" xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16.00-da başlayacaq. Azərbaycan təmsilçiləri səpələnməmişlər səbətində yer alacaqlar. Bu isə onların nisbətən daha yuxarı reytinqli komandalardan birinə rəqib olacağı deməkdi.

"Zirə"nin mümkün rəqibləri: "Hayduk" (Xorvatiya), "Maribor" (Sloveniya), AEK (Yunanıstan), DAK-1904 (Slovakiya), AEK (Cənubi Kipr) - "Partizan"(Serbiya) cütünün məğlubu (Avropa Liqası).

"Araz-Naxçıvan"ın mümkün rəqibləri: "İstanbul BŞ" (Türkiyə), "Omoniya" (Cənubi Kipr), "Aris" (Yunanıstan), "Beytar" (İsrail).

Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.

Seçilən
3
2
football-plus.az

10Mənbələr