Bu gün “Zirə” və “Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri məlum olacaq.
Msport.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Azərbaycan təmsilçiləri səpələnməmişlər səbətində yer alacaqlar. Bu isə onların nisbətən daha yuxarı reytinqli komandalardan birinə rəqib olacağı deməkdir.
“Zirə”nin mümkün rəqibləri:
“Hayduk” (Xorvatiya)
“Maribor” (Sloveniya)
AEK (Yunanıstan)
“DAK Dunayska Streda” (Slovakiya)
AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi
“Araz-Naxçıvan”ın mümkün rəqibləri:
“Başakşehir” (Türkiyə)
“Omoniya” (Kipr)
“Aris” (Yunanıstan)
“Beytar” (İsrail)
Eyni zamanda Avopa Liqasının I təsnifat mərhləsində mübarizəyə başlayacaq “Sabah”ın da Konrans Liqasındakı potensial rəqibi müəyyənləşəcək. Belə ki, paytaxt klubu Avroliqada “Selye” (Slovenya) səddini aşa bilməsə, yoluna Konfrans Liqasının II təsnifat mərhələsindən davam edəcək.
Qeyd edək ki, Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.