AZ

"Zirə" və "Araz-Naxçıvan"ın da rəqiblərinin sayı azaldı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün "Zirə" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri məlum olacaq.

QOL.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Azərbaycan təmsilçiləri səpələnməmişlər səbətində yer alacaqlar. 

"Zirə"nin mümkün rəqibləri:

"Hayduk"(Xorvatiya)

"Maribor"(Sloveniya)

 AEK(Yunanıstan)

"DAK Dunayska Streda"(Slovakiya)

AEK(Kipr) - "Partizan"(Serbiya) cütünün qalibi

 

"Araz-Naxçıvan"ın mümkün rəqibləri:

"Başakşəhir"(Türkiyə)

 "Omoniya"(Kipr)

 "Aris"(Yunanıstan)

 "Beytar"(İsrail)

Eyni zamanda Avopa Liqasının 1-ci təsnifat mərhləsində mübarizəyə başlayacaq "Sabah"ın da Konrans Liqasındakı potensial rəqibi müəyyənləşəcək. Belə ki, paytaxt klubu Avroliqada "Selye" (Slovenya) səddini aşa bilməsə, yoluna Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən davam edəcək.

Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.

Seçilən
3
3
teleqraf.com

10Mənbələr