AZ

"Zirə" və "Araz-Naxçıvan"ın Konfrans Liqasındakı rəqibləri bilinəcək

Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Operativ Media xəbər verir ki, tədbirdə Azərbaycan təmsilçiləri "Zirə" və "Araz-Naxçıvan" da rəqibləri müəyyənləşəcək.

Mərasim İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Azərbaycan klublarının potensial rəqibləri sırasına AZ (Niderland), “Rapid” (Avstriya), “Sparta” (Çexiya), “Başakşehir” (Türkiyə), “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Yagelloniya” (Polşa), “Santa Clara” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Şarlerua” (Xorvatiya), “Riqa” (Latviya), “Maribor” (Sloveniya), AEK (Yunanıstan), “Balkani” (Kosovo), “DAK 1904” (Slovakiya), “Rakuv” (Polşa), “Rusenborq”, “Vikinq” (hər ikisi Norveç), “Aris” (Yunanıstan), “Austriya” (Avstriya), “Vaduts” (Lixtenşteyn), “Dandi Yunayted” (Şotlandiya) “Bröndbi”, “Silkeborq” (hər ikisi Danimarka), “Lozanna” (İsveçrə), “Puşkaş Akademiyası” (Macarıstan), “Universitata” (Rumıniya) və “Beytar” (İsrail) daxildir.

Həmçinin, 1-ci təsnifat mərhələsində üz-üzə gələcək “Borats” (Bosniya və Herseqovina) - “Santa Coloma” (Andorra), “Runavik” (Farer adaları) - HIK (Finlandiya), “Valur” (İslandiya) - “Flora” (Estoniya), “Seynyayoki” (Finlandiya) - “Klaksivik” (Farer Adaları), “Malişevo” (Kosovo) - “Vikinqur” (İslandiya), “Tre Fiori” (San Marino) - “Püunik” (Ermənistan), “Birkirkara” (Malta) - “Petrokub” (Moldova), “Larne” (Şimali İrlandiya) - “Auda” (Latviya), “Meqpays” (Cəbəllütariq) - “Payde” (Estoniya), “Atletik Eskaldes” (Andorra) - “Düdelanj” (Lüksemburq), “Nomme Kalyu” (Estoniya) – “Partizani” (Albaniya) cütünün qalibləri və UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində AEK (Kipr) – “Partizan” (Serbiya), “Spartak” (Slovakiya) – “Hakken” (İsveç) matçlarının məğlubarı da potensial rəqiblər arasında yer alıb.

Eyni zamanda, "Sabah" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sele"yə məğlub olacağı təqdirdə, mübarizəni UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam etdirəcək. Bugünkü püşkatmada cütün məğlubunun potensial rəqibi də müəyyənləşəcək.

Qeyd edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24-də və 31-də keçiriləcək.

Seçilən
3
8
operativmedia.az

10Mənbələr