Rusiyalı biznesmen Samvel Karapetyan Ermənistan Daxili İşlər Nazirliyinin onun İrəvandakı evində apardığı axtarışları şərh edib.
APA xəbər verir ki, iş adamı bu barədə "RT"yə danışıb
"Onlar maska şousu keçirib məni saxlamaq istəyirdilər. Həyətə toplaşan insanlar, sadə insanlar isə müqavimət göstərdilər", - Karapetyan qeyd edib.
Onun sözlərinə görə, hazırda İrəvanda yaşadığı küçə tamamilə bağlanıb.
Qeyd edək ki, bundan əvvəl Samvel Karapetyanın tutulması barədə məlumat yayılmışdı.
***
18:50
Ermənistan Kriminal Polisi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində axtarışlara başlayıb.
APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, onun avtomobilləri evinin önündən götürülüb.
Ermənistanın Daxili İşlər Nazirliyi isə həbs edilənlərlə bağlı məlumat versə də, Karapetyanın da onların arasında olub-olmadığına aydınlıq gətirilməyib.
Qeyd edək ki, hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan da yaşananlara sosial şəbəkə hesabında münasibət bildirib:
“Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi yox, Ermənistandır. Ümid edirəm ki, dövlətin dadı damağınızda qalacaq”.
Ermənistan Daxili İşlər Nazirliyi Samvel Karapetyanın saxlanılmasını təsdiqləyib. DİN-in mətbuat katibi Narek Sarqsyan bildirib ki, Karapetyan İrəvanda tutulub.