Ajans.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, onun avtomobilləri evinin önündən götürülüb. Ermənistanın Daxili İşlər Nazirliyi isə həbs edilənlərlə bağlı məlumat versə də, Karapetyanın da onların arasında olub-olmadığına aydınlıq gətirilməyib. Qeyd edək ki, hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan da yaşananlara sosial şəbəkə hesabında münasibət bildirib: “Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi yox, Ermənistandır. Ümid edirəm ki, dövlətin dadı damağınızda qalacaq”. Xəbərə görə, deputat Artur Hovhannisyan Ermənistan Milli Assambleyasında bildirib: “Samvel Karapetyan, biz sizin məsələ ilə məşğul olacağıq”. Bu ifadədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Karapetyanın evinə daxil olaraq onu saxlayıblar. Qeyd edilir ki, hazırda biznesmenin Ulnetsi küçəsindəki mənzilində axtarış aparılır.
Ermənistan Daxili İşlər Nazirliyi Samvel Karapetyanın saxlanılmasını təsdiqləyib. DİN-in mətbuat katibi Narek Sarqsyan bildirib ki, Karapetyan İrəvanda tutulub.