AZ

İrəvanda saxlanılan rusiyalı iş adamından ilk açıqlama

Xəbər verdiyimiz kimi, "Taşir" Şirkətlər Qrupunun rəhbəri, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda saxlanılıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, Karapetyan şirkətin mətbuat xidmətinin yaydığı rəsmi açıqlama ilə çıxış edib.

"Mən bütün gücümlə erməni xalqının ziyarətgahlarını qoruyacağam - harada olmağımdan asılı olmadan və istənilən şəraitdə. Mən heç kimə, heç bir bəhanə ilə mənəvi dəyərlərimizi ləkələməyə icazə verməyəcəyəm", - deyə Karapetyan vurğulayıb.

Qeyd edək ki, Samvel Karapetyanın erməni apostol kilsəsini müdafiə edən bəyanatından dərhal sonra onun evində axtarışlar aparılıb.

Seçilən
17
1
bakivaxti.az

10Mənbələr