2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 2 milyard 527 milyon 305.1 min ABŞ dolları dəyərində 26 min 929.56 kiloqram qızıl idxal edilib.
Day.Az xəbər verir ki, APA-nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 93 min 848.7 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin ilk 4 ayında Azərbaycanda qızıl istehsalı 1026.3 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 95 milyon 426 min ABŞ dolları dəyərində 1308.6 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 72 min 921 ABŞ dolları təşkil edib.
Aşağıdakı cədvəldə bu ilin ilk 4 ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri verilib:
Ölkələr | Qızılın həcmi, kq | Qızılın dəyəri, min ABŞ dolları |
Rusiya | 4752,95 | 439260,21 |
Avstraliya | 3703,7 | 325167,98 |
Amerika Birləşmiş Ştatları | 2959,99 | 298858,96 |
Böyük Britaniya | 2694,33 | 248928,16 |
Meksika | 2107,72 | 185463,97 |
Kanada | 1375,07 | 129773,39 |
İsveçrə | 1131,09 | 108907,76 |
Çin | 1173,72 | 108207,58 |
Cənubi Afrika Respublikası | 1004,78 | 106014,35 |
Qazaxıstan | 983,06 | 98340,62 |
Türkiyə | 1072,39 | 97870,33 |
Özbəkistan | 951,3 | 95319,85 |
Braziliya | 1021,46 | 95318,81 |
Almaniya | 1012,1 | 90445,28 |
İspaniya | 502,32 | 52884,17 |
Çinin xüsusi inzibati rayonu Honkonq | 184,29 | 16723,14 |
Filippin | 127,31 | 12773,16 |
İtaliya | 71,95 | 7199,62 |
Qırğızıstan | 36,85 | 3938,04 |
Yaponiya | 37,88 | 3552,22 |
Rumıniya | 13,12 | 1224,06 |
Zimbabve | 12,2 | 1133,44 |
Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.