AZ

4 ayda Azərbaycana 22 ölkədən 27 tona yaxın qızıl idxal edilib - Siyahı

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 2 milyard 527 milyon 305.1 min ABŞ dolları dəyərində 26 min 929.56 kiloqram qızıl idxal edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 93 min 848.7 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 4 ayında Azərbaycanda qızıl istehsalı 1026.3 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 95 milyon 426 min ABŞ dolları dəyərində 1308.6 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 72 min 921 ABŞ dolları təşkil edib.

Aşağıdakı cədvəldə bu ilin ilk 4 ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri verilib:

Ölkələr Qızılın həcmi, kq Qızılın dəyəri, min ABŞ dolları
Rusiya 4752,95 439260,21
Avstraliya 3703,7 325167,98
Amerika Birləşmiş Ştatları 2959,99 298858,96
Böyük Britaniya 2694,33 248928,16
Meksika 2107,72 185463,97
Kanada 1375,07 129773,39
İsveçrə 1131,09 108907,76
Çin 1173,72 108207,58
Cənubi Afrika Respublikası 1004,78 106014,35
Qazaxıstan 983,06 98340,62
Türkiyə 1072,39 97870,33
Özbəkistan 951,3 95319,85
Braziliya 1021,46 95318,81
Almaniya 1012,1 90445,28
İspaniya 502,32 52884,17
Çinin xüsusi inzibati rayonu Honkonq 184,29 16723,14
Filippin 127,31 12773,16
İtaliya 71,95 7199,62
Qırğızıstan 36,85 3938,04
Yaponiya 37,88 3552,22
Rumıniya 13,12 1224,06
Zimbabve 12,2 1133,44

Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

Seçilən
5
2
apa.az

6Mənbələr