AZ

4 ayda Azərbaycana 22 ölkədən 27 tona yaxın qızıl idxal edilib

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 2 milyard 527 milyon 305.1 min ABŞ dolları dəyərində 26 min 929.56 kiloqram qızıl idxal edilib.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 93 min 848.7 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 4 ayında Azərbaycanda qızıl istehsalı 1026.3 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 95 milyon 426 min ABŞ dolları dəyərində 1308.6 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 72 min 921 ABŞ dolları təşkil edib.

Aşağıdakı cədvəldə bu ilin ilk 4 ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri verilib:

© APA

Seçilən
1
2
marja.az

6Mənbələr