AZ

“Azercell” Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə rəssamın əsərlərindən ibarət kitabı təqdim edib

Mobil operator milli mədəni irsin təbliğini davam etdirir

Görkəmli rəssam Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə “Ucal sənətdə, xatirələrdə, qəlblərdə…” adlı tədbir keçirilib. Rəssamın xatirəsinə həsr olunmuş gecədə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə rəssamın həyat və yaradıcılığına həsr olunmuş yeni kitabın təqdimatı da baş tutub.

Tədbirdə çıxış edən “Azercell Telekom”un Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova “Azercell”in təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlmiş kitabdan bəhs edərkə bildirib: “Ucal Haqverdiyev kimi dahi sənətkarlarımızın irsini tanıtmaq və gələcək nəsillərə çatdırmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki milli mədəni irsimizin qorunması və tərənnüm edilməsi şirkətin korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir”.

“Azərpoçt” MMC Ucal Haqverdiyevin yubileyi münasibətilə rəssamın “Avtoportret”, “Dərviş” və “Gəzinti” əsərlərini əks etdirən xatirə poçt markaları buraxıb. Markaları tədbir iştirakçılarına nümayiş etdirən “Azərpoçt”un şöbə müdiri Sitarə Hüseynova bildirib ki, Ucal Haqverdiyevin yaradıcılığına həsr olunmuş markalar sənət irsinin filateliya vasitəsilə yaşadılmasına xidmət edir.

Tədbirdə təqdim olunan digər layihə “A-Solutions Elektron Pul Təşkilatı”nın Ucal Haqverdiyevin əsərlərinə həsr olunmuş rəqəmsal kart kolleksiyası olub. “Maliyyə və mədəniyyət bir arada” təşəbbüsü çərçivəsində ərsəyə gəlmiş bu təşəbbüsün məqsədindən danışan “A-Solutions”un baş icraçı direktoru Həsən Həsənov bildirib: “Biz inanırıq ki, texnologiyanın gücü yalnız onun funksionallığında deyil, insanların gündəlik həyatına qatdığı dəyərlə ölçülür”.

Tədbirin sonunda qonaqlara Ucal Haqverdiyevin yubileyi münasibətilə nəşr olunmuş kitab hədiyyə edilib.

Seçilən
7
19
yeniazerbaycan.com

10Mənbələr