Mobil operator milli mədəni irsin təbliğini davam etdirir
12 iyun 2025-ci il tarixində görkəmli rəssam Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə “Ucal sənətdə, xatirələrdə, qəlblərdə…” adlı tədbir keçirilib.
Mia.az-ın məlumatına əsasən, rəssamın xatirəsinə həsr olunmuş gecədə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə rəssamın həyat və yaradıcılığına həsr olunmuş yeni kitabın təqdimatı da baş tutub.