AZ

Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib

15 iyun tarixində Azərbaycan Texniki Universitetinin idman zalında U-12, U-14 və U-16 yaş qrupları üzrə oğlan basketbolçular arasında Uşaq Gənclər Basketbol Liqasının (UGBL) final və 3-cü yer uğrunda görüşləri oynanılıb.

Universitetdən TƏHSİL.BİZ- ə verilən məlumata görə,  U-12 yaş qrupu üzrə final oyununda "Baku Ballzone" komandası "Meteor F-Basket" klubuna 35-26 hesabı ilə qalib gələrək çempion olub. "Aztop Jr" klubu isə "Qaradağ" üzərində 27-25 hesablı qələbə ilə U-12 yaş qrupunda ən güclü 3-cü komanda olub.

U-14 yaş qrupunun finalında "Baku Ballzone" klubu 82-59 hesabı ilə Bakı Basketbol Akademiyasından (BBA) güclü olub və çempionluğa sevinib. RİOEUGİM-2 komandası 61-58 hesabı ilə UGİM-9'a qalib gələrək 3-cü pillənin sahibi olub.

U-16 yaş qrupu üzrə final görüşündə RİOEUGİM-2 klubu 93-69 hesabı ilə İOEUGİM-8 komandasından güclü olub və çempionluğu qazanıb. 3-cü yerin sahibi isə "Torpaq" klubuna 54-78 hesabı ilə qalib gəlmiş UGİM-10 basketbolçuları olublar. Həlledici oyunlardan sonra mükafatlandırma mərasimi baş tutub. Kubok və medalçılara mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz, FİBA dərəcəli hakimimiz Urfan Bayramlı və oğlanlardan ibarət U-16 millimizin baş məşqçisi Erhan Toker təqdim ediblər.

 

 

 

 

 

Seçilən
0
9
tehsil.biz

10Mənbələr