AZ

Basketbol Liqasında mükafatçılar müəyyənləşib

Azərbaycan Texniki Universitetinin idman zalında U-12, U-14 və U-16 yaş qrupları üzrə oğlan basketbolçular arasında Uşaq Gənclər Basketbol Liqasının (UGBL) final və 3-cü yer uğrunda görüşləri oynanılıb.

Apasport.az xəbər verir ki, U-12 yaş qrupu üzrə final oyununda "Baku Ballzone" komandası "Meteor F-Basket" klubuna 35-26 hesabı ilə qalib gələrək çempion olub.

"Aztop Jr" klubu isə "Qaradağ" üzərində 27-25 hesablı qələbə ilə U-12 yaş qrupunda ən güclü 3-cü komanda olub.

U-14 yaş qrupunun finalında "Baku Ballzone" klubu 82-59 hesabı ilə Bakı Basketbol Akademiyasından (BBA) güclü olub və çempionluğa sevinib. RİOEUGİM-2 komandası 61-58 hesabı ilə UGİM-9'a qalib gələrək 3-cü pillənin sahibi olub.

U-16 yaş qrupu üzrə final görüşündə RİOEUGİM-2 klubu 93-69 hesabı ilə İOEUGİM-8 komandasından güclü olub və çempionluğu qazanıb. 3-cü yerin sahibi isə "Torpaq" klubuna 54-78 hesabı ilə qalib gəlmiş UGİM-10 basketbolçuları olublar.

Həlledici oyunlardan sonra mükafatlandırma mərasimi baş tutub. Kubok və medalçılara mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz, FIBA dərəcəli hakimimiz Urfan Bayramlı və oğlanlardan ibarət U-16 millimizin baş məşqçisi Erhan Toker təqdim ediblər.

Yığmamız Avropa kubokunun finalında

3x3 basketbol millimız yarımfinal oyununa çıxacaq

Yığmamız Avropa kubokunun yarımfinalında

Yığmamız mübarizəyə start verəcək

Millilərimizin oyunlarının vaxtı bəlli olub

Seçilən
13
9
apasport.az

10Mənbələr