AZ

Ötən ay Gürcüstandan Azərbaycana 8 mindən çox turist gəlib

Bakı. Trend:

Bu ilin may ayında Gürcüstandan Azərbaycana 8 223 turist səfəredib.

Bu barədə Trend Dövlət Turizm Agentliyinə istinadən xəbərverir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə498 nəfər və ya 5,7% azdır.

Cari ilin yanvar-may ayı ərzində isə Gürcüstandan Azərbaycana 43027 turist gəlib ki, bu da 2024-cü ilin ilk 5 ayına nisbətən 1 091nəfər və ya 2,6% artım deməkdir.

Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin mayında Azərbaycana 244079 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib. Məlumatagörə, bu, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 808 nəfərvə ya 2% çoxdur.

Bu ilin yanvar-may aylarında isə Azərbaycana 979 963 xaricivətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötənilin eyni dövrü ilə müqayisədə 14 408 nəfər və ya 1,5% çoxdur.

Seçilən
12
3
az.trend.az

5Mənbələr