Bakı. Trend:
Bu ilin may ayında Mərkəzi Asiya ölkələrindən Azərbaycana 17 964turist səfər edib.
Bu barədə Trend Dövlət Turizm Agentliyinə istinadən xəbərverir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə3 137 nəfər və ya 21,2% çoxdur.
Hesabat ayında Azərbaycana Qazaxıstandan 8 934 nəfər (2024-cüilin may ayı ilə müqayisədə 29% çox), Özbəkistandan 4 809 nəfər(ötən ilin eyni dövrü ilə müqayisədə 23% çox), Türkmənistandan 2522 nəfər (ötən ilin eyni ayı ilə müqayisədə 8% az), Qırğızıstandan1 067 nəfər (ötən ilin eyni dövrü ilə müqayisədə 65% çox),Tacikistandan 632 nəfər (ötən ilin eyni dövrü ilə müqayisədə 5%çox) turist gəlib.
Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin mayında Azərbaycana 244079 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib. Məlumatagörə, bu, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 808 nəfərvə ya 2% çoxdur.
Bu ilin yanvar-may ayılarında isə Azərbaycana 979 963 xaricivətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötənilin eyni dövrü ilə müqayisədə 14 408 nəfər və ya 1,5% çoxdur.