AZ

İrandan Azərbaycana gələn turistlərin sayı məlum olub

Bakı. Trend:

Bu ilin may ayında İran İslam Respublikasından Azərbaycana 17787 turist səfər edib.

Bu barədə Trend Dövlət Turizm Agentliyinə istinadən xəbərverir.

Məlumata görə, bu, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1 631 nəfər və ya 8,4% azdır.

Cari ilin yanvar-may ayı ərzində isə İrandan Azərbaycana 84 215turist gəlib ki, bu da 2024-cü ilin ilk 5 ayına nisbətən 5 363nəfər və ya 6% azalma deməkdir.

Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin mayında Azərbaycana 244079 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib. Məlumatagörə, bu, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 808 nəfərvə ya 2% çoxdur.

Bu ilin yanvar-may ayılarında isə Azərbaycana 979 963 xaricivətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötənilin eyni dövrü ilə müqayisədə 14 408 nəfər və ya 1,5% çoxdur.

Məqalədə:
Seçilən
22
3
az.trend.az

5Mənbələr