AZ

Dünya çempionu hansı klubla danışıq aparır?

Pol Poqba tezliklə özünə yeni iş yeri tapa bilər.

"Football-plus.az" xəbər verir ki, “Monako” fransalı futbolçu ilə danışıqlara başlayıb.

İnsayder Fabritsio Romanonun məlumatına görə, 32 yaşlı oyunçuya 2 illik müqavilə təklif olunub. Tərəflər arasında danışıqların bu həftə davam edəcəyi bildirilir.

Xatırladaq ki, Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmiş, amma cəzası sonradan 18 aya endirilmişdi. Fransalı dünya çempionu bu il martın 10-da diskvalifikasiya müddətini başa vurub.

Seçilən
5
2
football-plus.az

3Mənbələr