Pol Poqba tezliklə özünə yeni iş yeri tapa bilər.
"Football-plus.az" xəbər verir ki, “Monako” fransalı futbolçu ilə danışıqlara başlayıb. İnsayder Fabritsio Romanonun məlumatına görə, 32 yaşlı oyunçuya 2 illik müqavilə təklif olunub. Tərəflər arasında danışıqların bu həftə davam edəcəyi bildirilir.
Xatırladaq ki, Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmiş, amma cəzası sonradan 18 aya endirilmişdi. Fransalı dünya çempionu bu il martın 10-da diskvalifikasiya müddətini başa vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta