AZ

Dünya çempionu hansı klubla danışıq aparır?

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Pol Poqba tezliklə özünə yeni iş yeri tapa bilər."Football-plus.az" xəbər verir ki, “Monako” fransalı futbolçu ilə danışıqlara başlayıb. İnsayder Fabritsio Romanonun məlumatına görə, 32 yaşlı oyunçuya 2 illik müqavilə təklif olunub. Tərəflər arasında danışıqların bu həftə davam edəcəyi bildirilir.Xatırladaq ki, Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmiş, amma cəzası sonradan 18 aya endirilmişdi. Fransalı dünya çempionu bu il martın 10-da diskvalifikasiya müddətini başa vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
2
icma.az

3Mənbələr