AZ

İranın son hücumu nəticəsində İsraildə ölənlərin sayı 8-ə çatıb, 200 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

İranın İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 8-ə çatıb.

APA xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.

Məlumata görə, təxminən 200 nəfər yaralanıb, onlardan ən azı 65 nəfər xəstəxanaya yerləşdirilib. Xilasedicilər hələ də azı 35 itkin düşən şəxsin axtarışını davam etdirirlər.

The Times of Israelin məlumatına görə, Təl-Əvivin ətrafındakı Bat-Yam şəhərində raket çoxmərtəbəli yaşayış binasına düşüb. Nəticədə dörd nəfər, o cümlədən iki uşaq həlak olub. Dağıntılar altında təxminən 35 nəfərin qaldığı ehtimal olunur.

Temre şəhərinə endirilən zərbə nəticəsində daha dörd nəfər həyatını itirib. Ən azı 14 nəfər yaralanıb. Rəxovot şəhərində də xilasedicilər dağıntılar altında zərərçəkənləri axtarırlar.

***

06:58

İrandan həyata keçirilən raket hücumu nəticəsində İsraildə həyatını itirənlərin sayı dördə çatıb.

APA xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Qeyd olunur ki, ölənlər arasında səkkiz yaşlı qız uşağı da var.

“Bat-Yam şəhərinə raket hücumu nəticəsində səkkiz yaşlı qızın həlak olduğu təsdiqlənib. Bununla da ölənlərin ümumi sayı dörd nəfərə çatıb”, – nəşr vurğulayıb. .


***
06:09

İranın İsrailə son raket hücumu nəticəsində 3 nəfər həlak olub, 125 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə "Ynet" xəbər portalı məlumat yayıb.

Məlumata əsasən, xəsarət alanlardan 5 nəfərin vəziyyəti ağır, təxminən 20 nəfər orta dərəcəli, digərləri isə yüngül xəsarətlər alıblar.



***
01:23

İranın raket hücumu nəticəsində İsrailin şimalında bir nəfər həlak olub, daha 13 nəfər müxtəlif xəsarətlər alıb.

APA xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Məlumata görə, həlak olan şəxs 20 yaşlı qadındır.

Seçilən
41
3
apa.az

10Mənbələr