İranın İsrailə son hücumu zamanı 12 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti “Maqen David adom” (Davidin qırmızı Qalxanı) milli təcili yardım xidmətinə istinadən məlumat yayıb.
Qəzet yazıb ki, İranın raket zərbələri zamanı bütün İsrailin mərkəzində güclü partlayış səsləri eşidilib. İsrailin Yanğınsöndürmə və Xilasetmə Departamenti ölkənin mərkəzində və Qüdsdə çoxsaylı raketlərin düşməsi, yaşayış binalarına ziyan vurması, açıq ərazilərdə bir sıra yanğınlara səbəb olması barədə xəbərləri təsdiqləyib.