AZ

İmişlidə güllələnmə hadisəsi olub VİDEO

İmişli, 14 iyun, Aydın Yavərzadə, AZƏRTAC

İmişli sakini həmyerlisi tərəfindən odlu silahla güllələnərək öldürülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İmişli şəhəri Sabir Fətəliyev küçəsində qeydə alınıb. İmişli sakini Səxavət Qəhrəmanov öz qonşusu Elşən Hüseynov tərəfindən odlu silahla qətlə yetirilib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi İmişli rayon şöbəsi üzrə təhvil verilib. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
8
azertag.az

10Mənbələr