ain.az bildirir, Azpost saytına əsaslanaraq.
İmişli sakini həmyerlisi tərəfindən odlu silahla güllələnərək öldürülüb.
Hadisə İmişli şəhəri Sabir Fətəliyev küçəsində qeydə alınıb. İmişli sakini Səxavət Qəhrəmanov öz qonşusu Elşən Hüseynov tərəfindən odlu silahla qətlə yetirilib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi İmişli rayon şöbəsi üzrə təhvil verilib.
Hadisəni törədən şəxs hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.