AZ

İmişlidə güllələnmə hadisəsi olub

İmişli sakini həmyerlisi tərəfindən odlu silahla güllələnərək öldürülüb.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə İmişli şəhəri Sabir Fətəliyev küçəsində qeydə alınıb.

İmişli sakini Səxavət Qəhrəmanov öz qonşusu Elşən Hüseynov tərəfindən odlu silahla qətlə yetirilib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi İmişli rayon şöbəsi üzrə təhvil verilib.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
19
8
bizim.media

10Mənbələr