AZ

İranın İsrailə hücumu: Ölü sayı açıqlandı

İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində üç israilli həlak olub, onlarla insan isə yaralanıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofis müşaviri Dmitri Hendelman məlumat verib.

Onun sözlərinə görə, İran rejimi İsrailin mülki obyektlərini hədəf alan genişmiqyaslı terror hücumu həyata keçirib və ölkəyə təxminən 150 raket buraxılıb.

Raket atışları beş güclü dalğa şəklində aparılıb. Əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla zərərsizləşdirilib.

“Raketlərin ölkənin mərkəzi hissəsinə düşməsi nəticəsində üç israilli həyatını itirib, 90-dan çox insan yaralanıb”, - deyə Hendelman öz "Telegram" kanalında yazıb.

“Bu vəhşicəsinə raket hücumu bir daha sübut edir ki, Tehrandakı rejim İsrail üçün real təhlükədir”, - o əlavə edib.“Biz bu təcavüzə qətiyyətlə cavab verəcəyik. Yəhudi dövləti nə suverenliyinə təcavüzə, nə də vətəndaşlarına zərər vurulmasına imkan verməyəcək”, - deyə Hendelman bildirib.

Seçilən
51
38
cebheinfo.az

10Mənbələr