AZ

Fyodr Bondarçuk Prezident İlham Əliyevə təşəkkür etdi KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İrandan sərhəd vasitəsilə Azərbaycana keçidimizin təmin edilməsinə göstərilən yardıma görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.

KONKRET.az xəbər verir ki, bunu Astara sərhəd-buraxılış məntəqəsində jurnalistlərə açıqlamasında Rusiyanın xalq artisti, rejissor Fyodr Bondarçuk deyib.

O bildirib ki, bu prosesdə Rusiyanın İrandakı Səfirliyinin əməkdaşları da kömək edib: “Onlar bizi sərhədə qədər müşahidə etdi. Rusiyanın Mədəniyyət Nazirliyi, “Национальная Медиа Группа”nın əməkdaşları da dəstəyini əsirgəmədi. Qrupda olan 90 nəfərin hamısı sağ-salamatdır. Onların bir qismi bugünkü təyyarə ilə uçacaq, digər qismi isə Bakıda qalacaq və bir qədər sonra uçacaq. Hamımız yorulmuşuq. Mən sizə də təşəkkür edirəm”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
12
konkret.az

10Mənbələr