“İrandan sərhəd vasitəsilə Azərbaycana keçidimizin təmin edilməsinə göstərilən yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.
Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu Astara sərhəd-buraxılış məntəqəsində jurnalistlərə açıqlamasında Rusiyanın xalq artisti, rejissor Fyodr Bondarçuk deyib.
O bildirib ki, bu prosesdə Rusiyanın İrandakı Səfirliyinin əməkdaşları da kömək edib: “Onlar bizi sərhədə qədər müşayiət etdi. Rusiyanın Mədəniyyət Nazirliyi, “Национальная Медиа Группа”nın əməkdaşları da dəstəyini əsirgəmədi.
Qrupda olan 90 nəfərin hamısı sağ-salamatdır. Onların bir qismi bugünkü təyyarə ilə uçacaq, digər qismi isə Bakıda qalacaq və bir qədər sonra uçacaq. Hamımız yorulmuşuq. Mən sizə də təşəkkür edirəm”.
Telegram kanalımız