AZ

Fyodr Bondarçuk İrandan Azərbaycana keçidin təmin edilməsində yardıma görə İlham Əliyevə təşəkkür edib

“İrandan sərhəd vasitəsilə Azərbaycana keçidimizin təmin edilməsinə göstərilən yardıma görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.

APA xəbər verir ki, bunu Astara sərhəd-buraxılış məntəqəsində jurnalistlərə açıqlamasında Rusiyanın xalq artisti, rejissor Fyodr Bondarçuk deyib.

O bildirib ki, bu prosesdə Rusiyanın İrandakı Səfirliyinin əməkdaşları da kömək edib: “Onlar bizi sərhədə qədər müşayiət etdi. Rusiyanın Mədəniyyət Nazirliyi, “Национальная Медиа Группа”nın əməkdaşları da dəstəyini əsirgəmədi. Qrupda olan 90 nəfərin hamısı sağ-salamatdır. Onların bir qismi bugünkü təyyarə ilə uçacaq, digər qismi isə Bakıda qalacaq və bir qədər sonra uçacaq. Hamımız yorulmuşuq. Mən sizə də təşəkkür edirəm”.
Seçilən
12
12
sherg.az

10Mənbələr