Dünən gecədən bəri İran İsrailə 200 ballistik raket atıb.
Bu barədə “Times of Israel” məlumat yayıb.
Raketlərin əksəriyyəti hava hücumundan müdafiə vasitələri ilə zərərsizləşdirilib. Hərbçilərin sözlərinə görə, təxminən 25%-i, yəni 50-dən az raket kritik infrastruktura zərər vermədən açıq ərazilərə düşüb.
IDF onu da bildirir ki, “az sayda” raket Hava Hücumundan Müdafiə sistemlərini keçərək İsrailin mərkəzində yerləşən Tel-Əviv, Ramat Qan və Rişon Lezion kimi yaşayış məntəqələrinə düşüb, nəticədə insan tələfatı və dağıntılar baş verib.
Raket zərbələri nəticəsində üç israilli həlak olub, təxminən 70 nəfər isə yaralanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta