AZ

Yerdə həyat yox ola bilər

BAKI, 8 iyun. TELEQRAF

Alimlər Yerdəki oksigen səviyyəsinin milyon dəfə aşağı düşə biləcəyini proqnozlaşdırırlar.

Teleqraf xəbər verir ki, "Nature Geoscience"də dərc olunan məqalədə oksigen səviyyəsinin aşağı düşməsi nəticəsində həyatın yox ola biləcəyi qeyd olunur.

Araşdırmaya görə, oksigenin azalması növbəti milyard il ərzində baş verəcək və Yer atmosferini təxminən 2,4 milyard il əvvəl oksigen fəlakətindən əvvəlki vəziyyətə qayıdacaq.

Tədqiqat zamanı Günəşin artan parlaqlığı və Yerin geokimyəvi dəyişikliklərinin biosferə təsiri öyrənilib.

Qeyd olunur ki, Günəşin parlaqlığının tədricən artması Yer atmosferinin təkamülündə əsas rol oynayır. Səma cismi daha istiləşdikcə, atmosferdəki karbon qazının (CO₂) səviyyəsi azalır.

Toho Universitetinin müəllimi, ekoloq Kazumi Ozakiyə görə, Yerin biosferinin ömrü sabit günəş işığı və qlobal karbonat-silikat geokimyəvi dövründən asılıdır. Atmosferdə CO₂-nin tədricən azalması və geoloji miqyasda qlobal istiləşmə yaradır.

Alimlər hesab edirlər ki, CO₂ səviyyəsinin aşağı olması fotosintez prosesini zəiflədəcək və nəticədə oksigen istehsalı azalacaq. Beləliklə, Günəş radiasiyasının Yerin geokimyəvi prosesləri ilə qarşılıqlı təsiri planetimizdəki həyata mənfi təsir göstərəcək.

Dəyişikliklər yerstü suyun da azalmasını və bunun da öz növbəsində oksigeninin kəskin azalması ilə nəticələnəcəyini deməyə imkan verir.

Məqalədə deyilir ki, bu tədqiqat həm də astrobiologiya və ekzoplanetlərdə həyat axtarışı üçün stimul yaradır. Uzun müddət atmosferdə oksigenin olması həyatın əsas əlaməti hesab olunurdu. Lakin oksigenlə zəngin atmosferlər var ki, orada yaşam mövcud deyil.

Bu o deməkdir ki, hətta oksigeni az olan və ya heç olmayan planetlərdə də məskunlaşma mümkün ola bilər.

Seçilən
71
5
teleqraf.com

10Mənbələr