Niderlandda İslam əleyhinə açıqlamaları ilə tanınan ifrat sağçı siyasətçi Qert Vilders Qurban bayramını hədəf alıb.
Publika.az xəbər verir ki, Vilders sosial media hesabında müsəlmanlara və İslama qarşı təhqiramiz sözləri ilə yeni qalmaqala səbəb olub.
"Barbar İslam Qurban bayramı başlayır. Lazımsız və amansız heyvan iztirabları ilə dolu iyrənc bir gün", - o yazıb.
Vilders yazısında bayramın qadağan edilməsinə çağırıb:
"Düşünürəm ki, xəstəlik dolu bu bayramı ən qısa zamanda qanunla qadağan etməliyik".