Canluici Donnarumma ilə bağlı məsələyə qismən aydınlıq gəlib. PSJ italiyalı qapıçısına yeni müqavilə təklif edib.
"Football-plus.az xəbər verir ki, Canluici uzun müddət komandada qala bilər. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. PSJ Avropa çempionuna müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif edib.
Donnarumma razılaşacağı təqdirdə yeni müqaviləyə əsasən ilə 8 milyon avro maaş və 2 milyon avro bonus qazanacaq.
Bəzi mənbələrə görə, vəziyyəti “Mançester Siti”, “İnter” və “Napoli” də diqqətlə izləyir. Qeyd edək ki, Donnarumma son mövsümdə PSJ-nin heyətində 40 oyun keçirib, 39 qol buraxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta