EN

Donnarumma yeni təklif aldı

Canluici Donnarumma ilə bağlı məsələyə qismən aydınlıq gəlib. PSJ italiyalı qapıçısına yeni müqavilə təklif edib.

"Football-plus.az xəbər verir ki, Canluici uzun müddət komandada qala bilər. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. PSJ Avropa çempionuna müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif edib.

Donnarumma razılaşacağı təqdirdə yeni müqaviləyə əsasən ilə 8 milyon avro maaş və 2 milyon avro bonus qazanacaq.

Bəzi mənbələrə görə, vəziyyəti “Mançester Siti”, “İnter” və “Napoli” də diqqətlə izləyir. Qeyd edək ki, Donnarumma son mövsümdə PSJ-nin heyətində 40 oyun keçirib, 39 qol buraxıb.

Chosen
4
18
football-plus.az

8Sources