AZ

Musialanın qıçı sınıb - Donnarumma göz yaşları içində

Camal Musiala klublararası dünya çempionatının PSJ - "Bavariya" matçında ağır zədə alıb.

İdman.biz xəbər verir ki, almaniyalı yarımmüdafiəçinin qıçı sınıb.

Hadisə ilk hissənin son anlarında baş verib. PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşmadan sonra Musialanın zədələnib. Xərəkdə meydana çıxan gənc futbolçunun qıçının sındığı açıqlanıb. Baş verən hadisədən sonra rəqibinə xəsarət yetirən italiyalı qapıçı göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, hazırda davam edən oyunda hesab açılmayıb.

İdman.biz

Seçilən
0
14
idman.biz

8Mənbələr