AZ

Azərbaycan Türkiyə ilə Qarabağda tingçilik mərkəzi tikir

Xankəndi.Trend:

Qarabağda müasir texnologiyalar əsasında yeni tingçiliktəsərrüfatı yaradılır. İşğal dövründə ermənilər tərəfindən məhvedilmiş yaşıllıq sahələrinin bərpasında bu tinglərdən istifadəediləcək. Məhv edilmiş yaşıllıq sahələrini sürətli şəkildə bərpaetmək üçün yaradılan ağıllı ting təsərrüfatında müxtəlif növ ağacvə gül kollarından ibarət tinglər yetişdiriləçək.

Trend xəbərverir ki, bu fikirləri Xankəndidə İdarələrarası Mərkəzin Ekolojiməsələlər üzrə İşçi Qrupunun iclasında çıxış edən ekologiya vətəbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

"Bir il ərzində bu təsərrüfatda 2 milyona yaxın tingyetişdiriləcək. Türkiyə və Azərbaycanla birgə Cəbrayıl rayonuərazisində yeni tingçilik təsərrüfatı mərkəzi də tikilir.

Bu mərkəzin ilin sonuna qədər istifadəyə verilməsi nəzərdətutulur. Bununla da Türkiyə erməni işğalı zamanı məhv edilmiş meşəörtüyünün bərpasına da mühüm töhfə verəcək", - o qeyd edib.

Seçilən
34
8
az.trend.az

10Mənbələr