Türkiyə Azərbaycanla birgə Cəbrayılda tikdiyi yeni tingçilik təsərrüfatı mərkəzinin bu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.
"Report"un Qarabağa ezam olunmuş müxbiri xəbər ki, bunu Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri,Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.
O qeyd edib ki, işğal dövründə ermənilər tərəfindən məhv edilmiş yaşıllıq sahələrinin bərpasında bu tinglərdən istifadə ediləcək:
"Məhv edilmiş yaşıllıq sahələrinin sürətli şəkildə bərpa etmək üçün yaradılan ağıllı ting təsərrüfatında, müxtəlif növ ağac və gül kollarından ibarət tinglər yetişdiriləcək".
Nazir müavini əlavə edib ki, bir il ərzində bu təsərrüfatda 2 milyona yaxın ting yetişdiriləcək:
"Bununla da Türkiyə, erməni işğalı zamanı məhv edilmiş meşə örtüyünün bərpasına da mühüm töhfə verəcək".